Parlament sahibkarlıq sahəsində yoxlamaların daha 1 il dayandırılmasını təsdiqləyib | 1news.az | Xəbərlər
Siyasət

Parlament sahibkarlıq sahəsində yoxlamaların daha 1 il dayandırılmasını təsdiqləyib

15:11 - 01 / 02 / 2023
Parlament sahibkarlıq sahəsində yoxlamaların daha 1 il dayandırılmasını təsdiqləyib

Milli Məclis sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılmasını təsdiqləyib.

1news.az xəbər verir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitib. Dəyişikliklə yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır.

Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Paylaş:
184

Son xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib - VİDEOBu gün, 10:19Zavodda gözətçinin meyiti tapıldıBu gün, 10:14“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilibBu gün, 09:56Avropada qazın qiyməti bahalaşdıBu gün, 09:49Qızıl və gümüşün qiymətində dəyişikliklər olduBu gün, 09:40Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşübBu gün, 09:40Təbii qaz ucuzlaşdıBu gün, 09:36Türkiyədə 4 nəfərin prezidentliyə namizədliyini təsdiqləndiBu gün, 09:35Neft cüzi ucuzlaşıbBu gün, 09:31Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”Bu gün, 09:30Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:23Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edirBu gün, 09:10Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötürBu gün, 09:00Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 08:55Tokio - Tel-Əviv təyyarəsi Bakı hava limanına təcili eniş edib30 / 03 / 2023, 23:22Azərbaycan MN: “İran tərəfinin ittihamları istehza və gülüş doğurur”30 / 03 / 2023, 21:48Türkiyə universitetlərində əyani tədris 3 apreldən bərpa olunur30 / 03 / 2023, 18:02Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan şəxs saxlanılıb30 / 03 / 2023, 17:48Ötən il və bu il 242 uşaq övladlığa verilib30 / 03 / 2023, 17:34Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq30 / 03 / 2023, 17:21
Bütün xəbərlər

Next TV