Parlamentin Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırılıb
Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən formalaşdırılıb.
1news.az Apa-ya istinadla xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında” qərar layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Hesablayıcı Komissiya aşağıdakı üzvlərdən formalaşdırılıb:
1. Allahverdiyev Elnur Marat oğlu
2. Əliyev Rauf Asif oğlu
3. Hacıyev Emin Məcid oğlu
4. Hüseynova Sevinc Əmirəhməd qızı
5. Quliyev Eldar Allahyar oğlu
6. Vəliyeva Sədaqət Süleyman qızı
7. Zabelin Mixail Yuryeviç.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Hesablayıcı komissiyanın üzvləri daha sonra sədr seçəcəklər.
Qeyd edək ki, Hesablayıcı komissiya əvvəl də eyni tərkibindən ibarət olub. Komissiyaya Eldar Quliyev sədrlik edib.