Türkiyə Maskın təklifini rədd etdi
Amerikalı iş adamı İlon Mask “SpaceX” şirkəti rəsmi Ankaradan icazə alan kimi Türkiyəyə “Starlink” peyk rabitə sistemləri göndərməyə hazır olduğunu bildirmişdi.
1news.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə hökuməti amerikalı sahibkar İlon Maskın ölkəyə zəlzələdən sonra yardım üçün “Starlink” peyk rabitə sistemlərini bağışlamaq təklifini qəbul etməyib.
Qeyd edək ki, İlon Mask Türkiyədə bu gün səhər saatlarında baş verən zəlzələ ilə bağlı açıqlama verib. O, Türkiyə hökumətinin razılığı ilə özünün “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərə biləcəklərini qeyd etmişdi.
493