Soyulu: Azərbaycandan Türkiyəyə yardım göndəriləcək
"Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə bölmələri hazır vəziyyətə gətirilib, yardım üçün Türkiyəyə göndəriləcək".
1news.az "TRT Haber"-ə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu mətbuata açıqlamasında deyib:
"Bütün komandalarımız həyəcan vəziyyətindədir. Dördüncü səviyyəli xəbərdarlığı irəli sürdük. Bu, beynəlxalq yardımı ehtiva edən bir xəbərdarlıqdır".
Soylu həmçinin Azərbaycandan gələcək olan kömək haqqında da danışıb. O bildirib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə bölmələri hazır vəziyyətə gətirilib, yardım üçün Türkiyəyə göndəriləcək.
Qeyd edək ki, bu gün saat 04:17-də Türkiyənin müxtəlif bölgələrində 7,4 bal gücündə zəlzələ baş verib.