Mikayıl Cabbarov: “Türkiyənin kədəri bizim kədərimizdir”
"Türkiyənin kədəri bizim kədərimizdir".
1news.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşılayırıq: "Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralılara şəfa diləyirik".
Xatırladaq ki, Türkiyədə bu gün səhər saatlarında 7,4 bal gücündə zəlzələ olub, 76 nəfər ölüb, 440 nəfər yaralanıb. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.