Suriyada zəlzələdən sonra cinayətkarlar həbsxanadan qaçıblar | 1news.az | Xəbərlər
Dünya

Suriyada zəlzələdən sonra cinayətkarlar həbsxanadan qaçıblar

10:33 - 07 / 02 / 2023
Suriyada zəlzələdən sonra cinayətkarlar həbsxanadan qaçıblar

Suriyada baş vermiş zəlzələdən sonra ən azı 20 məhbus saxlandıqları həbsxanadan qaçıb.

1news.az xəbər verir ki, bu barədə xarici KIV məlumat yayıb.

“Suriyada baş vermiş dəhşətli zəlzələdən sonra ölkənin şimal-qərbindəki həbsxanada məhbuslar qiyam edib və ən azı 20 nəfər qaçıb. Qaçanların arasında əsasən İŞİD terror qruplaşmasının üzvlərinin olduğu bildirilir.

Qeyd olunub ki, Suriya-Türkiyə sərhədi yaxınlığındakı Raco şəhərindəki həbsxanasında 2000-ə yaxın məhbus saxlanılır, onlardan 1300-ü İŞİD döyüşçüsü olmaqda şübhəli bilinir.

Paylaş:
324

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər