Bakıda bəzi Avropa ölkələrinin bayraqları yarıya qədər endirilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda bəzi Avropa ölkələrinin bayraqları yarıya qədər endirilib

11:30 - 08 / 02 / 2023
Bakıda bəzi Avropa ölkələrinin bayraqları yarıya qədər endirilib

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bu gün Bakıda bəzi Avropa ölkələrinin bayraqları yarıya qədər endirilib.

1news.az xəbər verir ki, bu barədə Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann "Twitter"də yazıb.

“Həmrəylik nümayiş etdiririk. Bu gün Bakıda Avropa İttifaqı, Almaniya, Niderland, İsveç, Belçika, Estoniya, Latviya səfirliklərinin bayraqları yarıya qədər endirilib. Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərər çəkənlərlədir”, - Horlemann yazıb.

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər