Hatayda beşəmləri olan ailənin 6 üzvü həlak oldu
Hatayda dağıntılar altında qalan bir ailənin 6 üzvü həlak olub.
1news.az Türkiyə mediasına istinadla xəbər verir ki, beşəmləri olan 7 nəfərlik ailənin 6-sı dağıntılar aldında qalaraq ölüblər.
3 oğlan, 2 qız uşağı olan Hüseyn Huyluoğlu və həyat yoldaşı Merve Huyluoğlu Hatayda dünyasını dəyişib.
Dağıntılar altından yalnız bir körpə sağ çıxıb.
651