Almaniya DİN: Ukraynalı qaçqınların qəbuluna məhdudiyyət yoxdur
Almaniya daxili işlər naziri Nensi Faeser ukraynalı qaçqınların qəbuluna məhdudiyyət qoyulması iddiasını rədd edib.
1news.az xəbər verir ki, bu barədə nazir Faeser yerli RTL telekanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, qaçqınların Almaniyaya gəlişi ölkənin mənzil bazarında vəziyyəti ağırlaşdırmayacaq, çünki gələnlərin təxminən 70 faizini müxtəlif fərdi şəxslər öz evlərinə qəbul edib.
Faeser etiraf edib ki, 2015-2016-cı illərdə yaşanmış miqrasiya böhranı səbəbi ilə qaçqınlar üçün nəzərdə tutulan bir çox sığınacaqlar bağlanıb və hazırda fəaliyyət göstərən sığınacaqlar Ukraynadan gələnlərin hamısını qəbul etmək üçün kifayət deyil.
APA
372