Almaniya 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verib
Almaniya şantaj cəhdi və xüsusilə ciddi kompüter təxribatı hadisəsi ilə bağlı Rusiya vətəndaşlarını beynəlxalq axtarışa verib.
1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Qeyd olunub ki, Rusiya vətəndaşları 31 yaşlı İqor Garsçin, 41 yaşlı İqor Turaşev və 36 yaşlı İrina Zemlianikina ciddi şantaj cəhdi və xüsusilə ciddi kompüter təxribatı hadisəsi ilə təqsirləndirilən şəxs qismində tanınıblar.
Onlar barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və tutulmaları ilə bağlı İnterpola müraciət edilib.
534