Putin Paşinyanla sülh müqaviləsinin hazırlanmasını müzakirə edib | 1news.az | Xəbərlər
Ermənistan

Putin Paşinyanla sülh müqaviləsinin hazırlanmasını müzakirə edib

13:50 - 13 / 03 / 2023
Putin Paşinyanla sülh müqaviləsinin hazırlanmasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Putin və Paşinyan üçtərəfli razılaşmaların həyata keçirilməsini, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımları və sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər.

Rusiya Prezidenti bütün məsələlərin konstruktiv şəkildə və Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində həllinin vacibliyini qeyd edib.

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər