“İslam dini İran deyil, dinlə bağlı təbliğat düzgün aparılmalıdır” | 1news.az | Xəbərlər
Müsahibə

“İslam dini İran deyil, dinlə bağlı təbliğat düzgün aparılmalıdır”

14:32 - 17 / 03 / 2023
“İslam dini İran deyil, dinlə bağlı təbliğat düzgün aparılmalıdır”

“Din qardaşlarımız”, cənub qonşumuz İranla ölkəmiz arasında yaşanan son zamanlardakı gərginlik cəmiyyətimizin ən həssas yerinə çevrilib.

Məlum məsələdir ki, əhalisinin təqribən yarısı Azərbaycan türkü olan, əksəriyyəti bizim kimi müsəlman olan farslarla, ortaq tarixə, mədəniyyətə, ənənələrə malik olduğumuz ölkənin qəribə, bir çox hallarda təəccüb və təəssüf doğuran davranışları xalqımızı və dövlətimizi istər-istəməz narahat edir. Elə uzağa getməyək, bir neçə gün öncə səs yazısı yayılan, polis tərəfindən saxlanılan “dindar” qadının İranın ali dini lideri Xomeyniyə olan “sevgi”si öz “WhatsApp” səs yazısında əksini tapmışdı.

Tez-tez həm gündəlik həyatımızda, həm xəbərlərdə, həm də həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkələrdə dini təbliğat aparaq şəxslərlə rastlaşırıq.

İşin maraqlı tərəfi də budur ki, onların din adı altında apardıqları təbliğatın kökündə 1979-cu ildə qələbəsi ilə nəticələnən islam inqilabından sonra, İran şiə məzhəbini əsas alan teokratik dövlətə çevrilən Ayətullah Xomeyniyə olan "sevgi" dayanır. Radikal iranyönümlü şəxslər vasitəsi ilə müxtəlif saytlar, sosial media və Youtube kanalları vasitəsilə Azərbaycan əleyhinə təxribat xarakterli çıxışlar ediblər, İranın "modelinin" Azərbaycanda da tətbiq olunmasını arzulayır, Birləşmiş Ştatlar, qərb dövlətləri və İsrail ilə Azərbaycanın əlaqələri kəskin surətdə tənqid atəşinə tutulur.

Bir müddət əvvəl İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktınının törədilməsini görməzdən gələn bu "dindarlar" Azərbaycan əleyhinə olan bütün kampaniyalarda, təxribatda fəal olurlar.

Belə bir sual yaranır: Bəs, terror dövlətinə çevrilən İrana maraq haradan irəli gəlir?

Məsələ ilə bağlı 1news.az-a Milli Məclisin deputatı Cavanşir Paşazadə açıqlama verib. Deputatın sözlərinə görə, sözügedən mövzunun kökündə insanların din haqqında məlumatlarının geniş olmamasıdır:

Deputat Cavanşir Paşazadə

“Bizim ölkənin demək olar ki, əksər insanların məlumatsız olması, həmçinin bəzi dini etiqadı olan insanların, fərqi yoxdur istər müsəlman, istər xristian, istər yəhudi olsun düzgün maarifləndirmə işlərinin apara bilməməsidir, pərakəndə şəkildə təbliğatın olunmasıdır. Qanunla bizim ölkədə hər bir dinin təbliğatını yalnız qeydiyyatdan keçən qurumlar edə bilər. Bunun üçün seçilən məkanlar məsələn islam dinin təbliğatı aparılacaqsa, bunun üçün məscid yer olaraq seçilir. Eləcə də digər dinlərin təbliğatında da bu belədir. Həmin dinin öz məbədində ayinlər aparılır. Bu cür dini ayinlərin küçələrdə, dini məbədlər və həyətlərindən kənarda aparıldıqda bu düzgün olmur. Burada sual yaranır bəs hüzr mərasimləri zamanı dini suallar verirlir. Qeyd edim ki, bu təbliğat olmadığı müddətdə heç bir problemi yoxdur. Sadəcə dini sorğu-sual olduğu zaman bir təbliğat aparılmır. Bəzən olur ki, insanların sualları olur, bunu mollaya və ya gələn rəsmi nümayəndəyə ünvanlaya bilərlər. O insanların rəsmi olub-olmamağı da önəmlidir”.

C.Paşazadə həmçinin vurğulayıb ki, qanunsuz şəkildə təşkil olunan dini ayinlərə qoşulmaq yanlış addımdır:

“Bizim ölkədə belə bir düşüncə tərzi də var ki, hər papaq qoyan, saqqal uzadan molla olur. Ona qalsa gənclərimiz də bu gün saqqal uzadır. Demək istəyim budur ki, hər başına qara papaq, əmmamə taxan, saqqal uzadan molla, rəsmi nümayəndə, dini düzgün təbliğ edən şəxs deyil. Ona görə də insanlarımız özləri-özlərini maarifləndirməlidirlər ki, bu cür insanlar dini mərkəzlərdə, dini yerlərdə otururlar. Məsələn orucluqda iftar vaxtlarını Qafqaz Müsəlmanlar İdarəsinin özünün kalendarları var, məncə sözügedən kalendarlar ödənişsizdir. İnsanlar bu kalendarları və digər suallarını QMİ-nə zəng edib öyrənə bilərlər. Ya da birbaşa olaraq idarəyə gedərək götürə də bilərlər. Bu cür şərait yaradıldığı halda insanların küçələrdə təşkil olunan dini ayinlərə qoşulması düzgün addım hesab edilmir. Bizim öz dini qaydalarımız var. İslam dini İran deyil. Biz əsrlərdir bu dinə ibadət edirik. 70 il Sovet İmperiyasının tərkibində qalsaq da, heç vaxt öz dinimizi dəyişməmişik. Bu dini İranla bağlamaq yanlış düşüncədir. Mən hesab edirəm ki, Azərbaycanın dini mərkəzləri var. Onlar bu işlə ciddi məşğul olmalı, əhalini düzgün maarifləndirməlidirlər. Təbliğatı dini düzgün bilən bir adam aparmalıdır”.

Paylaş:
380

Son xəbərlər

Azərbaycan XİN-dən Ermənistan Baş nazirinin iddialarına CAVABBu gün, 17:43Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilibBu gün, 17:31İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıbBu gün, 16:43BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilibBu gün, 16:08Şabranda ikimərtəbəli evdə yanğın olubBu gün, 15:52Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildiribBu gün, 15:34Kahramanmaraşda 5,3 bal gücündə zəlzələ olubBu gün, 15:232023-cü ilin ilk iki ayında Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitəsindən istifadə edibBu gün, 15:06Azərbaycan XİN Pakistanı təbrik edibBu gün, 14:44HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilibBu gün, 14:15Oqtay Əliyevlə vida mərasimi keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:05Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTOBu gün, 13:42Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”Bu gün, 13:20İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 13:11Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29
Bütün xəbərlər

Next TV