Türkiyədə seldə ölənlərin sayı 20-yə çatıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə seldə ölənlərin sayı 20-yə çatıb

10:16 - 21 / 03 / 2023
Türkiyədə seldə ölənlərin sayı 20-yə çatıb

Türkiyənin Şanlıurfa və Adıyaman şəhərlərində davam edən sel fəlakətində ölənlərin sayı 20-yə çatıb.

1news.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Adıyamanda zəlzələdən sonra 2 aylıq hamilə Fatma Tekdalın yaşyarımlıq övladı ilə birgə yerləşdiyi konteyneri su aparıb. Məlumata görə, hər ikisinin meyiti tapılıb.

Konteynerdə olan digər 8 nəfər öz imkanları ilə xilas olub.

Paylaş:
425

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər