Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq | 1news.az | Xəbərlər
Dünya

Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq

17:21 - 30 / 03 / 2023
Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq

Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq.

1news.az xəbər verir ki, bu barədə təfərrüatları Böyük Britaniya Krallığının təhlükəsizlik üzrə dövlət naziri Tom Tugendhat “Telegraph” agentliyinə müsahibəsində deyib.

Tugendhat bildirib ki, yeni bölmə Britaniya kəşfiyyat xidmətlərinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

DİN rəsmisi qeyd edib ki, Britaniya kəşfiyyatı əldə olunan məlumatları emal etmək üçün süni intellektdən istifadə edəcək:

“Süni intellekt böyük həcmdə məlumatı emal edəcək və insanın fərq etmədiyi vacib detalları ayırd edəcək. Yeni yaradılacaq bölmə Britaniya kəşfiyyat xidmətləri olan Mi5 və Mi6 ilə sıx əməkdaşlıq edəcək və açıq mənbələrdən əldə edilən məlumatlarda ixtisaslaşacaq”.

APA

Paylaş:
739

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər