Elvin Əsədzadə pilatesin orqanizmə müsbət təsiri haqqında - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Elvin Əsədzadə pilatesin orqanizmə müsbət təsiri haqqında - MÜSAHİBƏ

10:51 - 10 / 04 / 2023
Elvin Əsədzadə pilatesin orqanizmə müsbət təsiri haqqında - MÜSAHİBƏ

EREPS (European Register of Exercise Professionals) üzvü olan beynəlxalq məşqçi və fitnes və Pilates üzrə təlimatçı Elvin Əsədzadə ilə müsahibə.

- Elvin, idmana nə zamandan marağın yaranıb?

- Uşaqlıq zamalarından idmanla maraqlanmışam. İlk seçdiyim idman növü futbol olub. Futbolla məşğul olmağa 10 yaşında peşəkar idman klubunda başladım və 5 il davam etdim. Sonra güləşə marağım yarandığı üçün bir müddət də zamanımı ona həsr etdim.

Axtarışda olduğum üçün müxtəlif idman növləri ilə maraqlanırdım. Araşdırma zamanı gördüm ki, fitnesə maraq böyükdür, ona görə bu sahəyə üz tutmağa qərar verdim. Bir müddət dövlət strukturlarında çalışaraq “powerlifting”də ölkə üzrə hakimlik səviyyəsinə çatdım.

- Pilates nədir?

- Yozef Pilates 1883-cü ildə Almaniyada yoxsul ailədə anadan olub. Uşaqlıqdan zəif olduğu üçün astma, raxit və digər xəstəliklərdən əziyyət çəkirdi. 9 yaşında atasına məktəbdə sinif yoldaşları ilə problem yaşadığını bildirərkən belə bir cavab almışdı: “Hər kəs öz taleyinin sahibidir. Şikayətlənməyə davam edə yaxud bunu dəyişdirə bilərsən”. Bu sözlərdən sonra Yozef anatomiya, güləş, yoqa, gimnastika və döyüş sənətini öyrənməyə başlayır.

Yozef Pilates öyrəndiklərindən ilhamlanaraq, bənzərsiz bir gimnastika metodu hazırlayır. Yaratdığı metodika nəticəsində Jozef nəinki xəstəliklərdən canını qurtarır, həmçinin yaxşı bədən quruluşuna da nail olur. Hətta incəsənət tələbələri ilə model kimi əməkdaşlıq etməyə başlayır. Bundan əlavə, boks, xizək, gimnastika və dalğıclıqla ciddi məşğul olur.

Yosef Pilatesin yaratdığı təlimlər insan bədəninə elastiklik gətirir, əzələlərin gücünü artırır, sümüklərin bərkiməsinə yardım edir. Pilates məşqləri xüsusi çoxfunksiyalı trenajorlar vasitəsi ilə baş verir.

- Pilatesin qadınlara xeyri nədir? Niyə pilatesə daha çox onlar maraq göstərir?

- Qadınları ağırlıq olmayan, rahat, asan hərəkətlər cəlb edir. Pilatesi daha çox gimnastikaya bənzədirlər, çünki qadınlar elastikliyə daha çox diqqət yetirirlər. Məşqlərin sonunda əzələlər uzanır. Hətta yan şpaqat açmaq da mümkün olur. Piltateslə məşqlər əzələləri sıxlaşdırır, bədən quruluşunu yaxşılaşdırır. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olur.

- Yaşda hər hansı bir məhdudiyyət varmı?

- Yaşın heç bir fərqi yoxdur. Hətta yaş artıqca, pilateslə məşğul olmaq daha çox məsləhətdir, çünki, “GYM”də trenajorlarda məşq edərkən zədələnmə halları ola bilər. Pilatesdə isə bu problemlər yoxdur.

Öncə söylədiyim kimi, bir çox kişi gün boyu oturaq həyat keçirir, ofisdə işlədiyinə görə hərəkətsiz olur. Bu da əzələlərdə zəifləməyə yol açır. 35 yaşdan sonra daha çox belə həyat tərzi yaranır. Bel və boyun hissələrində ağrılar yaranır. Əsasən də 35 yaşdan sonra kişilərə pilateslə məşğul olmağı məsləhət görürəm, çünki testosteron və cinsi aktivlik aşağı düşür. Pilatesin metodikası cinsi həyatın yaxşılaşdırılmasına yönəldicidir, bel ilə bağlı məşqlərə böyük yer verilir.

- Pilates kişilərə nə verir?

- Daha öncə göstərdiyim kimi, kişilərin əksəriyyəti elastik deyil, hətta uzun zaman piyada gəzməyi belə xoşlamırlar. Hərəkətsizlik, bədəndə dayanıqlıq, protruziya, sonra isə onurğada yırtığa (qrıja) səbəb ola bilər. Bunların qarşısını almaq üçün fiziki hərəkət lazımdır. Bu səbəbdən də Pilates məşqləri daha asan və uyğundur.

Protruziya birdən yaranmır, uzun zaman ərzində inkşaf edir, günün birində ortaya çıxır və əməliyyat qaçılmaz olur. Amma artıq gec olduğu üçün onun müalicəsi çətinləşir və sağalmaq daha çox vaxt alır. Halbuki həftədə 2 və 3 dəfə 1 saat ayırmaqla bunun qarşısını almaq olar. Fiziki cəhətdən güclü və sağlam olan kişilər daha məhsuldar beyin çalışmasına nail olurlar deyə işində yaranan məsələləri qısa zamanda həll etməyin yollarını rahatlıqla tapırlar. Pilates məşqləri zehni yaxşılaşdırır, qan dövranını sürətləndirir.

Kriştianu Ronalda yaxşı fiziki formada olmasının səbəblərindən biri də pilateslə məşğul olmasıdır, çünki bu məşqlər ona kordinasiya, balans və sürət verir. Bunu internetdə hər kəs axtarıb, oxuya bilər.

- Bəs qidanlanma ilə bağlı nə məsləhət verirsiniz?

- Əlbəttə ki, sağlam qidalanma çox önəmlidir. Hər bir idman növündə sağlam olmaq nəzərdə tutulur. Bu isə, ilk növbədə, qidalanma ilə bağlıdır. Önəmli olan dieta deyil, doğru qidalanmadır. Doğru deyəndə bir oturuma çox yemək yaxşı hal deyil, gün ərzində 3 dəfə deyil, 5-6 dəfəyə az-az yemək lazımdır. Çox yağlı, qızartma yeməkləri minimuma endirmək məsləhətdir. Ən başlıcası isə şəkər qəbuludur - onu da un məmulatları kimi minimuma endirmək məsləhətdir.

- Hamı üçün maraqlı olacaq sual: Pilatesin məşqləri cinsi həyatın keyfiyyətinə necə təsiri var?

- Əlbəttə ki, müsbət təsir göstərir. Məşqlər testosteronu artırır və libidoya müsbət təsir edir. Kişi üçün libidonun yaxşı olması özünə inamdır. Bu onun həyatının hər bir aspektinə təsir edir, hətta biznes və iş fəaliyyətində belə.

Türkiyədə sağlam həyat haqqında bir jurnalın apardığı tədqiqatlarda 20-50 yaş arasında olan 34 qadın iştirak edib. Onlarda 12 həftəlik pilates məşqlərindən sonra cinsi aktivliyin sürətlə artmasını müşahidə ediblər.

- Bəs pilates insan psixikasına necə təsir edir?

- Bütün aktivliklərdə olduğu kimi, pilates məşqləri qan dövranını və yaddaşı yaxşılaşdırır. Beyinin işi daha da yaxşı olur, iş qabiliyyəti artır, neqativ fikirləri kənarlaşdırır. Əhvali-ruhiyyə yüksəlir, həyat keyfiyyəti yaxşılaşır.

- Yozef Pilates xəstəliklərini müalicə edibsə, deməli reabilitisaya da daxil edilir…

- Pilates fitnes və reabilitasiyanı özündə birləşdirdiyi üçün bədəndə nəinki elastik artır, həmçinin bir çox zədələr reabilitasiya olunur. Ona görə zədəsi olan şəxslərlə həkim məsləhətinə diqqət yetirirəm ki, problem yaranmasın. Zədələrin sağalması əzələlərin hərəkəti ilə də bağlıdır. Əzələ aktivliyi bir çox hallarda zədələrin sağalmasına yol açır.

Proqrama həkimlərin məsləhəti ilə müalicəvi idman da daxil edilə bilər.

- Uşaqlar və yaşlı nəsil necə?

- Uşaqlar üçün idealdır, çünki onların bədənin formalaşmasına böyük təsiri var. Yaşlı nəslə isə daha da gümrah olmaq şansı verir.

- Planların nədir?

- Ölkəmizdə sağlamlıq sahəsində inkşafın olmasını çox arzulayıram. Təəssüf ki, bu gün yalnız “GYM” zalları açılır, fitnes və yoqa zalları isə çox azdır. Bu sahəyə yeniliklər gətirməyi çox istərdim.Gələcəkdə bu sahəyə kapital qoymaq istəyənlər olsa, sevə-sevə kömək edərdim. Çünki dünyada fitnes sektoru tamam fərqli yerə gedir.

Gələcəkdə çox istərdim ki, bu gözəl ölkəmdə bunları yerinə yetirim.

Elvin Əsədzadə və onun məşqçilik və təlimatçı fəaliyyəti haqqında ətraflı məlumatı onun Instagram sosial şəbəkəsindəki rəsmi səhifəsindən – “@elvinasadza” dən və +994 55 651 53 65 nömrəsindən əldə edə bilərsiniz.

Paylaş:
3498

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər