Futbolçunu vuran hakimə 12 oyunluq cəza - VİDEO
Meksika çempionatının (Liga MX Clausura) 13-cü turunun “Klub Amerika” - “Leon” oyununda qonaq komandanın futbolçusu Lukas Romeronu dizi ilə vuran FIFA referisi Fernando Hernandes diskvalifikasiya olunub.
1news.az xəbər verir ki, Meksika Futbol Federasiyasının İntizam Komissiyası hakimə 12 oyunluq cəza verib.
Fernando Hernandesin texniki zonadan kənarlaşdırdığı komandaların baş məşqçiləri də cəzalandırılıblar. Həm “Klub Amerika”nın baş məşqçisi Fernando Ortis, həm də “Leon”u çalışdıran Nikolas Larkamon 2 oyunluq cəzalandırılıblar. Qırmızı vərəqə alıb hakimdən tərəfindən vurulan Lukas Romero da 2 oyun komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, 2:2 hesabı ilə başa çatan bu matçın 65-ci dəqiqəsində Fernando Ernandes Qomes ona etiraz edən “Leon”un oyunçusu Lukas Romeronun qasıq nahiyəsinə dizi ilə vurub. Bu isə dünya futbolunda çox nadir rast gəlinən hadisələrdən biri kimi tarixə düşüb.