Harvard Universitetinə qəbul olmuş azərbaycanlı: “Məni qarşıda çox maraqlı təcrübə gözləyir” - FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Harvard Universitetinə qəbul olmuş azərbaycanlı: “Məni qarşıda çox maraqlı təcrübə gözləyir” - FOTO

22:26 - 08 / 04 / 2023
Harvard Universitetinə qəbul olmuş azərbaycanlı: “Məni qarşıda çox maraqlı təcrübə gözləyir” - FOTO

Dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olan gənclərimizin uğurları haqqında yazılarımızı davam etdiririk.

Belə gənclərdən biri də Bakı Oksford Məktəbinin şagirdi olan Ayla Əliyevadır. O, bu yaxınlarda “Sarmaşıq Liqası”na (The Ivy League) daxil olan, dünyanın ən prestijli 8 universitetindən 3-nün bakalavr səviyyəsinə qəbul olub.

Belə ki, Ayla ABŞ-ın Harvard, Kolumbiya və Braun universitetlərindən müsbət cavab alıb. 1news.az-la söhbəti zamanı o, Harvard Universitetinə üstünlük verdiyini bildirib. Ayla həmçinin seçki komissiyasının ağır seçim mərhələsindən keçməyə ona nəyin kömək olduğundan söhbət açıb və gələcək səfəri barədə gözləntilərini bölüşüb.

“Əlbəttə ki, “Sarmaşıq Liqası”na daxil olan universitetlərə qəbul olmaq çətindir, amma mümkünsüz deyil. Seçim bir neçə meyar üzrə aparılır. İlk növbədə akademik göstəriciləriniz vacib əhəmiyyət kəsb edir. Bu, birmənalıdır. Əgər məktəb göstəriciləriniz yaxşıdırsa, SAT və “A-level” imtahanlarından keçmisinizsə, birinci seçim mərhələsini keçirsiniz”, - Ayla Əliyeva deyir.

Qızın sözlərinə görə, bununla yanaşı, sizin məktəbdənkənar fəaliyyətiniz – nə ilə maraqlanmağınız, oxumağa marağınız, təşkilati və liderlik qabiliyyətinizin olması, könüllülük təcrübəsi də vacib rola malikdir: “Məktəbdə mən Tələbə Şurasının üzvü idim və bu il onun prezidenti seçildim. Bundan başqa, mən dram dərnəyi yaratmışam ki, burada biz müxtəlif müziklləri səhnələşdiririk. Həmçinin, bir çox digər layihələr üzərində də işləmişəm. Lakin mən təkcə məktəb daxilində deyil, onun hüquqlarından kənarda da fəal olmağa çalışıram”.

Ayla BMT Modeli (Model United Nations, MUN) konfranslarının da daimi iştirakçısıdır. (Birləşmiş Millətlər Təşkiları (BMT) Modeli BMT-nin müxtəlif rəsmi dilləri üzrə təhsil olan tələbələrə və yuxarı sinif şagirdlərinə təşkilatın müxtəlif orqanlarının fəaliyyətini həyata keçirməyə, diplomat, liderlik, natiqlik, kompromis əldə etmək bacarığını mənimsəməyə və dil bilikləri əldə etməyə imkan verən elmi konfrans və simulyasiya oyununun sintezidir – müəllif qeydi). Bu il həmsöhbətimiz hər birində 300-400 arası şəxsin iştirak etdiyi sayca üçüncü konfransı təşkil edir. Konfrans çərçivəsində müxtəlif ölkələrin təmsilçiləri sosial, iqtisadi və digər problemlər haqqında söhbətlər aparırlar.

Bundan başqa, Ayla Əliyeva Avropa Gənclər Parlamentinin (European Youth Parliament, EYP) də üzvüdür. (Qeyri-kommersiya təşkilatı olan Avropa Gənclər Parlamenti Avropa gənclərini vətəndaş cəmiyyətində və mədəni həmrəylikdə fəal iştirak etməyə təşviq edir – müəllif qeydi).

“Bundan savayı mən musiqini də çox sevirəm. Təəssüf ki, musiqi təhsilim yoxdur, amma sərbəst şəkildə gitarada ifa etməyi öyrənmişəm, gələcəkdə isə pianoda ifa etməyi öyrənmək istəyirəm. Poeziyanı da sevirəm”, - Ayla deyir.

Qızın sözlərinə görə, bütün bu amillər seçki komissiyasının qərarına təsir göstərir: “Təxmini hesablamalara görə, uğurunuzun 30%-i qiymətlərinizdən, 30%-i məktəbdənkənar fəaliyyətinizdən, 30%-i yazı bacarıqlarınızdan, 10%-i isə müəllimlərin tövsiyə məktublarından asılıdır. Hansısa bir meyarın əsas rol oynadığını deyə bilmərəm, çünki kompleks qiymətləndirmə aparılır. Lakin qəbul olduqdan sonra seçki komissiyasının mənə göndərdiyi elektron məktubda mənim daha çox məktəbdənkənar fəaliyyətimin yüksək qiymətləndirildiyi qeyd olunmuşdu”.

IELTS (International English Language Testing System) imtahanı üzrə 8,5 bal topladığından danışan Ayla bu balı hazırlaşmadan topladığını etiraf edir: “Düzünü desəm, bu imtahanı verməli olacağımı bilmirdim. Düşünürdüm ki, SAT, “A-level” və IGCC (müxtəlif məktəb fənnləri üzrə ingilis dilində imtahanlar) imtahanları vermişəmsə, ingilis dili biliyimi sübut etmək üçün daha bir imtahana ehtiyacım olmayacaq. Lakin sənədləri təqdim etməyə təxminən 1 həftə qalmış öyrəndim ki, IELTS sertifikatı da almalıyam. Ən yaxın tarixə qeydiyyatdan keçdim və hazırlaşmadan imtahanda iştirak etdim. 11 il ingilisdilli məktəbdə təhsil aldığım üçün bu imtahandan keçməkdə çətinlik çəkmədim”.

Ayla Əliyevanın sözlərinə görə, Bakı Oksford Məktəbində siniflər kiçikdir. 15-20 nəfərlik bu siniflərdə pedaqoqlar hər şagirdə fərdi yanaşa, diqqət göstərə bilirlər: “Bundan başqa, bu məktəbdə tənqidi düşüncəyə yüksək qiymət verilir – bizə təkcə fənnləri tədris etmirlər, həmçinin düzgün düşünməyi, informasiyanı effektiv mənimsəməyi öyrədirlər. Ali təhsil müəssisəsinə qəbul olmaqda bunun da mənə çox böyük köməyi oldu. Buna görə də, məhz bu məktəbdə təhsil aldığıma görə çox şadam”.

Ayla etiraf edir ki, hansı ölkənin ali təhsil müəssisələrinə müraciət etmək üzərində çox düşünüb və sonda seçimini ABŞ üzərində saxlayıb: “Onların fakültəni sonradan seçməyə imkan verən sistemini çox bəyənirəm. Burada tələbələrə düşünmək üçün vaxt verilir. 1-2 il ərzində müxtəlif fənnlər üzrə dərslərdə iştirak etdikdən, ayrı-ayrı professorlardan məsləhət aldıqdan, nəyin sizin üçün daha maraqlı olduğuna qərar verdikdən sonra fakültəni seçə bilərsiniz.

İkincisi, bu ölkədə sosial aktivliyə böyük diqqət ayrılması da mənim üçün cəlbedicidir. ABŞ-da təhsil sadəcə akademik biliklərin əldə olunması ilə məhdudlaşmır. Digər ölkələrdə də tələbələrin öz sosial aktivliklərini nümayiş etdirməsi üçün şərait yaradılır, amma ABŞ-da bu daha yaxşı inkişaf edib”.

Ali təhsil müəssisəsinin seçiminə gəlincə, həmsöhbətimizin Harvard Universitetini seçməsinin əsas səbəbi burada onun üstünlük verdiyi fakültələrdə proqramların daha güclü olmasıdır. Aylanın sözlərinə görə, ABŞ-dakı ali təhsil müəssisələrində bir neçə fakültə seçmək imkanı var, lakin onu daha çox “Dövlət” və “İqtisadiyyat” fakültələri cəlb edir.

“Həmçinin Harvard Universitetinin tələbələri ilə etdiyim söhbətlər zamanı oradakı təhsil, kampus həyatı haqqında ağız dolusu danışıblar. Bu söhbətlərdən sonra məndə də onlara qoşulmaq istəyi yarandı. Bundan başqa, Harvard Universitetində təhsil barədə müəyyən təsəvvürlərim də var, çünki “Justice” mövzusunda təşkil olunan Open edX onlayn kurslarından birində iştirak etmişəm. (Open edX — onlayn kursların sərbəst kodlu pulsuz internet platformasıdır. 2012-ci ildə Massaçusets Texnologiyalar Univeristeti və Harvard Universiteti tərəfindən yaradılıb – müəllif qeydi). Mənim üçün Harvard Universitetində təhsilin demoversiyası olan bu kursu çox bəyənmişdim”, - qız gülümsəyir.

ABŞ-a köçməzdən əvvəl keçirdiyi hisslərdən bəhs edən Ayla bir-birinə zidd hisslər yaşadığını qeyd edir: “Bir tərəfdən, köçmək mənə çox qorğulu gəlir. Hər halda, ailəmi, dostlarımı tərk edib evimdən minlərlə kilometr uzaqda yerləşən bir ölkəyə gedirəm. Lakin digər tərəfdən, bu çox maraqlı bir təcrübədir, ona görə də daha çox xoş həyəcan hissi keçirirəm.

Qarşımda çox geniş imkanlar açılır – yeni dostlar, yeni biliklər, yeni həyat... Müxtəlif mədəniyyətlərə, dünya görüşünə malik ölkələrdən olan insanlarla tanış olacağam. Belə bir müxtəlifliyin olduğu bir mühitə düşmək istəyirəm. Bu mənə çox maraqlıdır, buna görə də tədris ilinin başlamasını səbirsizliklə gözləyirəm...”.

Leyla Məmmədova

Paylaş:
3600

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər