Mirzoyan yaxın vaxtlarda Ceyhun Bayramovla görüşəcəyini bildirib | 1news.az | Xəbərlər
Ermənistan

Mirzoyan yaxın vaxtlarda Ceyhun Bayramovla görüşəcəyini bildirib

18:04 - 12 / 04 / 2023
Mirzoyan yaxın vaxtlarda Ceyhun Bayramovla görüşəcəyini bildirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla yaxın zamanlarda görüşəcəyini deyib.

1news.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxışında deyib.

Mirzoyan danışıqların aparılması ilə bağlı partnyorlar, vasitəçilər və beynəlxalq aktorlardan çoxlu təkliflər aldıqlarını deyib.

Nazir Ermənistan və Azərbaycanın birbaşa və üçüncü ölkələr vasitəsilə kontaktda olduqlarını da vurğulayıb.

Paylaş:
967

Son xəbərlər

Bütün xəbərlər