Azərbaycan XİN Serbiyaya başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

16:51 - 03 / 05 / 2023
Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Belqradda məktəblərdən birində baş vermiş atışma nəticəsində 9 nəfərin ölümü ilə bağlı Serbiyaya başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.

"Serbiyanın Belqrad şəhərində məktəbdə baş vermiş dəhşətli atışma xəbəri bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə, Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik", - paylaşımda bildirilib.

Paylaş:
838

Son xəbərlər

Bütün xəbərlər