Ermənistanın keçmiş prokurorunun mənzilindən 12,5 kq qızıl tapılıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın keçmiş prokurorunun mənzilindən 12,5 kq qızıl tapılıb

11:52 - 05 / 05 / 2023
Ermənistanın keçmiş prokurorunun mənzilindən 12,5 kq qızıl tapılıb

Ermənistanın keçmiş prokurorunun mənzilindən 12,5 kq qızıl tapılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, əməliyyatçılar əvvəllər prokurora məxsus olan, sonra isə vəsiyyətnaməyə uyğun olaraq qızına verilən mənzildən qızıl külçələri tapıblar. Həmin qızılların artıq Ermənistan Mərkəzi Bankında olduğu bildirilir.

“Ev sahibəsi uzun müddət ölkədə yox idi və evi təmizləmək üçün mütəxəssislər işə götürüb. Məhz onlar qızılı aşkar ediblər. İndi istintaq prokurorun bu qədər qızılı haradan əldə etdiyini, həmin qızılın hansı hissəsinin ona məxsus olduğunu aydınlaşdırmağa çalışır”, - deyə qəzet yazır.

Paylaş:
1044

Son xəbərlər

Bütün xəbərlər