“Togg” avtomobili türkiyəli polislərin istifadəsinə verildi | 1news.az | Xəbərlər
Dünya

“Togg” avtomobili türkiyəli polislərin istifadəsinə verildi

16:00 - 06 / 05 / 2023
“Togg” avtomobili türkiyəli polislərin istifadəsinə verildi

Türkiyənin istehsal etdiyi “Togg” avtomobili bu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) istifadəsinə verilib.

1news.az Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviterdə səhifəsində məlumat verib.

Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.

2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

Paylaş:
706

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər