Azərbaycanda hazırda neçə nəfər İkinci Dünya müharibəsi iştirakçısının olduğu açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda hazırda neçə nəfər İkinci Dünya müharibəsi iştirakçısının olduğu açıqlandı

Qafar Ağayev10:40 - 09 / 05 / 2023
Azərbaycanda hazırda neçə nəfər İkinci Dünya müharibəsi iştirakçısının olduğu açıqlandı

Azərbaycanda hazırda 51 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hərtərəfli diqqət və qayğı ilə əhatə olunması Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən onlara daim xüsusi diqqət və qayğı göstərilib. Müstəqilliyimizin ilk illərində İkinci Dünya müharibəsi iştirakçılarına biganə münasibət yaransa da, xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikamıza rəhbərliyə qayıdışından sonra bu biganəliyə son qoyularaq, İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində fəal dövlət siyasəti formalaşıb. 9 May - Qələbə günü də həmin vaxtdan ölkəmizdə yenidən dövlət bayramı kimi qeyd olunmağa başlayıb.

İkinci Dünya müharibəsi iştirakçılarına bu böyük diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olanlar və iştirakçılarına Prezidentin aylıq təqaüdləri və aylıq pensiya ödənilir. Ötən dövrdə bu ödənişlər mütəmadi olaraq artırılıb. Xüsusilə son beş ildə aparılan ardıcıl sosial islahatlar nəticəsində ölkəmizdə müavinət və təqaüd ödənişlərində 5 dəfə, orta aylıq pensiyada 2 dəfə artıma nail olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.

Eyni zamanda, dövlət başçısı tərəfindən hər il 9 May - Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalanır. Bu il də 26 aprel 2023-cü il tarixli Sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 750 manat birdəfəlik maddi yardım verilib. Sərəncam ümumilikdə 3538 şəxsi əhatə edib, onlardan 51-i İkinci Dünya müharibəsi iştirakçıları, qalanları isə digər kateqoriyalardan olanlardır.

Həmin birdəfəlik maddi yardımın məbləği də son illərdə müharibə iştirakçıları üçün 3 dəfə, döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslər üçün 4 dəfə artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı da həyata keçirilib.

Bu kateqoriyaya aid vətəndaşların, həmçinin döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi işləri də aparılır.

Paylaş:
444

Son xəbərlər

Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10
Bütün xəbərlər