Misir Nümayəndələr Palatasının sədri:“Heydər Əliyev irsi müdrik siyasətçi İlham Əliyev tərəfindən layiqincə davam etdirilir”
“Xalqların tarixində şərəfli şəxsiyyətlər hər zaman olur, belə insanlardan biri, Azərbaycanın mərhum lideri Heydər Əliyevdir”.
1news.az xəbər verir ki, bu fikirləri Misir Nümayəndələr Palatasının sədri Hanafi Gibali Azərbaycan Milli Məclisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbirdə deyib.
“Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycanın üçün çox önəmli işlər görüb. Bu gün Heydər Əliyevin irsi müdrik siyasətçi İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Misirdə Azərbaycanın inkişafı görülür. Bütün bunların əsası Heydər Əliyev tərəfindən qoyulub. Misirdə də Heydər Əliyevin ölkəsi üçün gördüyü işlər yüksək qiymətləndirilir”.
Sədr qeyd edib ki, Misirin hazırkı prezidenti İlk səfərini məhz Azərbaycana edib.
“Bu diqqətdən kənarda qalmamalıdır. Azərbaycan və Misir arasında arasında turizm və mədəniyyət əlaqələri də yüksək səviyyədədir.
“İki ölkə arasında birbaşa aviareyslərin olması buna nümunədir. Əlaqələrin inkişafı xalqların rifahına müsbət təsir edir”.