“Toyota” Qafqaz şirkətinin Azərbaycan üzrə direktoru: “Yeni avtomobil alarkən bu məqamlara diqqət yetirilməlidir” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Toyota” Qafqaz şirkətinin Azərbaycan üzrə direktoru: “Yeni avtomobil alarkən bu məqamlara diqqət yetirilməlidir” - MÜSAHİBƏ

15:08 - 18 / 05 / 2023
“Toyota” Qafqaz şirkətinin Azərbaycan üzrə direktoru: “Yeni avtomobil alarkən bu məqamlara diqqət yetirilməlidir” - MÜSAHİBƏ

“Toyota” Qafqaz şirkətinin Azərbaycan üzrə direktoru Rəşad Saracov cəmiyyəti maraqlandıran sualları cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Rəşad bəy son vaxtlar Azərbaycana fərqli ölkələrdən xüsusilə Çindən və Dubaydan çox saylı yeni Toyota avtomobilləri gətirilib və həmin avtomobillər qeyri-rəsmi şəbəkələrdə satışa çıxarılır. Azərbaycana fərqli ölkələrdən gətirilb qeyri-rəsmi şəbəkələrdə satılan avtomobillərlə rəsmi diler mərkəzlərində satılan avtomobillər arasında nə kimi fərqliliklər mövcuddur?

- Bəli, son vaxtlar ölkəyə rəsmi diler mərkəzləri tərəfindən idxal olunmayan və fərqli regionlara aid olan yeni Toyota avtomobillərinin ölkəyə gətirilməsində yaşanan artım dinamikasını bizdə müşahidə edirik. Əslində təbii ki, ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillərdə Toyota-nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulmuş və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunmuşdur.

Azərbaycanda rəsmi Toyota diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə Toyota tərəfindən Avropa regionu üçün nəzərdə tutulmuş və xüsusilədə Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunmuş avtomobillərdir. Toyota ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən, hansı asqı sistemindən və bir sıra digər komponentlərin istifadəsinə qərar verir.

Odur ki, müştərilərə yeni avtomobili əldə edərkən mütləq bu vacib məqama diqqəti yetirməyi tövsiyyə edirəm.

- Çindən və Ərəb ölkələrindən gətirilən və ya qeyri-rəsmi şəbəkələrdə satılan yeni avtomobillərin zəmanət müddəti necə tənzimlənir?

- Zəmanət məsələsi ilə bağlı bu qeyd etdiyiniz ölkələrdən gətirilən və ya həmin qeyri-rəsmi şəbəkələrdən əldə olunan yeni avtomobillərin sahibləri təəssüf ki zəmanət müddəti və şərtləri ilə bağlı kifayət qədər məlumatsızdırlar.

Yeni Toyota avtomobilinə Azərbaycanda zəmanət yalnız rəsmi diler mərkəzlərindən əldə olunan və ya Toyota Avropanın əhatə etdiyi ölkələrdən əldə olunan avtomobillər üçün şamil olunur. Çindən, Ərəb ölkələrindən eləcə də Toyota Avropanın əhatə dairəsində olmayan ölkələrdən əldə olunan avtomobillərə Azərbaycanda Toyota şirkəti zəmanət təqdim edə bilmir. Çünki bu avtomobillər Toyota tərəfindən başqa region üçün nəzərdə tutulmuşdur və başqa xüsusiyyətlərə və komplektasiyalara malikdir. Bu şəbəkələr tərəfindən satılmış avtomobillərdə zəmanətlə bağlı gələcəkdə yaşanıla biləcək hər hansısa bir hadisəyə Toyota rəsmi dilerləri zəmanət çərçivəsində cavabdeh ola bilməzlər.

Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni Toyota avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160.000 km-ə qədər təqdim olunur.

- Bəzən Çindən və Ərəb ölkələrindən gətirilən və ya qeyri-rəsmi şəbəkələrdə əldə olunan yeni Toyota avtomobillərində ehtiyat hissələrinin uyğunsuzluğu və ya tapılmaması kimi şikayətlər daxil olur. Bununla bağlı fikirləriniz nədir?

- Bəli, qeyd etdiyiniz hallar tez tez müşahidə olunur. Xüsusilə Çin bazarı üçün nəzərdə tutulan və Azərbaycana gətirilən Toyota avtomobillərində ciddi fərqlər mövcuddur. Ən vacib hal bu avtomobillər üçün bəzən ehtiyat hissələrinin mövcud olmaması və ya ehtiyat hissələrinin kodu sifariş üçün tamamilə ayrı olmasıdır. Bundan əlavə Çindən gətirilən avtomobillərin diaqnostika zamanı sistemlərin həmin avtomobili tanımaması kimi çətinliklərdə yaranır.

Butün bu qeyd olunanan məqamlar gələcəkdə yeni avtomobil əldə edərkən yarana biləcək çətinliklərdən yayınmaq üçün mütləq nəzərə alınmalıdır və rəsmi mərkəzlərdə təklif olunan avtomobillərə daha çox üstünlük verilməlidir.

- Azərbaycanda Toyota-nın rəsmi dilerləri hansılardır?

- Çox təəssüf ki, ölkədə Toyota loqosu altında bır sıra qeyri-rəsmi şəbəkələr fəaliyyət göstərir və bu müştərilər arasında bəzən çaşqınlıq yaradır. Nəzərinizə çatdırım ki, Toyota-nın Azərbaycanda rəsmi diler mərkəzləri Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi və Toyota Gəncə Mərkəzidir. Adını sadaladığım butün bu rəsmi diler mərkəzlərində, Toyota tərəfindən sertifikatlaşdırılmış satış və servis heyəti ən yüksək Toyota standartlarına uyğun xidmət göstərir.

Həmçinin nəzərinizə çatdırım ki, rəsmi dilerlərdə təqdim olunan ehtiyat hissələrinədə istehsalçı tərəfindən 1 il zəmanət təqdim edilir.

Paylaş:
816

Son xəbərlər

İraq Prezidenti və Bəhreyn baş naziri İlham Əliyevə məktub ünvanlayıb06 / 06 / 2023, 17:52Qəbul imtahanları qaydaları pozan 17 nəfərin nəticələri ləğv olunub06 / 06 / 2023, 17:50II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib06 / 06 / 2023, 17:44Monqolustan Prezidenti Azərbaycan liderini ölkəsinə səfərə dəvət edib06 / 06 / 2023, 17:35Dominikan rəhbəri Prezident İlham Əliyevi təbrik edib06 / 06 / 2023, 17:35Lisey və gimnaziyalara ərizə qəbulu başa çatıb06 / 06 / 2023, 17:27Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib06 / 06 / 2023, 17:07Dövlət Turizm Agentliyi qastroturizm sahəsinin inkişafı ilə bağlı planlarını açıqlayıb - FOTO06 / 06 / 2023, 17:06Aİ rəsmisi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair məsələləri müzakirə edib06 / 06 / 2023, 17:03Uçuşların səmərəliliyi və təhlükəsizliyinin artırılması: AZAL və IATA yeni memorandum imzalayıb06 / 06 / 2023, 16:48Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?06 / 06 / 2023, 16:42Yoluxanların sayı açıqlandı06 / 06 / 2023, 16:40Teymur Musayev Türkiyənin səhiyyə nazirinə məktub ünvanlayıb06 / 06 / 2023, 16:32Avropa Oyunlarının medalları təqdim olunub06 / 06 / 2023, 16:24Milli Məclis iki sazişi ratifikasiya edəcək06 / 06 / 2023, 16:15Qərbi Azərbaycan İcması bəyanat yayıb06 / 06 / 2023, 16:04Türkiyədə “Uber”in fəaliyyəti qadağan edilib06 / 06 / 2023, 15:56ƏƏSMN-in satışa çıxardığı mənzillərin 200-ə yaxını satılıb06 / 06 / 2023, 15:5187 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı - VİDEO06 / 06 / 2023, 15:42Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xərclər üçün maliyyə yardımının ödənilməsi qaydası təsdiqlənib06 / 06 / 2023, 15:33
Bütün xəbərlər

Next TV