Bayramov Moskvada Lavrovla görüşdü - Video | 1news.az | Xəbərlər
Siyasət

Bayramov Moskvada Lavrovla görüşdü - Video

13:12 - 19 / 05 / 2023
Bayramov Moskvada Lavrovla görüşdü - Video

Moskvada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilir.

Qeyd edək ki, mayın 18-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə gedib. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Bundan əlavə, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın da üçtərəfli görüşü nəzərdə tutulub.

https://www.youtube.com/live/0J_mvbGOMyQ?feature=share

Paylaş:
628

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər