İlyas Umaxanov Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Rusiya Federasiyasının senatoru İlyas Umaxanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu!
Əlamətdar tarix – dahi atanız, görkəmli siyasət və dövlət xadimi, qardaş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün Müstəqil Dövlətlər Birliyinin əksər ölkələrində və Rusiyanın regionlarında böyük sovet ölkəsinin sosial-iqtisadi inkişafına Heydər Əlirza oğlunun çox qiymətli töhfələrini yüksək ehtiramla xatırlayırlar.
Onu haqlı olaraq müasir müstəqil Azərbaycanın qurucusu adlandırırlar. O, Vətənə sədaqətli xidməti ilə həqiqətən bütün azərbaycanlıların əsl xalq sevgisini qazanıb.
Hörmətli İlham Heydər oğlu, Siz ata vəsiyyətini yorulmadan yerinə yetirməklə və ailə ənənələrini möhkəmləndirməklə ölkənin dinamik və hərtərəfli inkişafını təmin etmisiniz, bütün sahələrdə onun əsl suverenliyinə nail olmusunuz, ərazi bütövlüyünü bərpa etmisiniz, dövlətin beynəlxalq arenada təhlükəsizliyini və nüfuzunu möhkəmləndirmisiniz.
Ümummilli Lider Heydər Əliyevin parlaq xatirəsi qarşısında dərin ehtiramımı ifadə edərək, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh, daha böyük inkişaf və rifah diləyirəm".