Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyən olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyən olunub

Qafar Ağayev15:39 - 22 / 05 / 2023
Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyən olunub

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verilib.

Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir.

Paylaş:
806

Son xəbərlər

Bütün xəbərlər