Bədən tərbiyəsi üzrə xüsusi qabiliyyət imtahanı üçün qeydiyyat başlanır | 1news.az | Xəbərlər
Siyasət

Bədən tərbiyəsi üzrə xüsusi qabiliyyət imtahanı üçün qeydiyyat başlanır

16:18 - 22 / 05 / 2023
Bədən tərbiyəsi üzrə xüsusi qabiliyyət imtahanı üçün qeydiyyat başlanır

Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron qeydiyyatı başlanır.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı davam edir.

Bu gündən Bədən tərbiyəsi və idman istiqamətinin komissiyaları üzrə qeydiyyatın aparılmasına başlanılır. Abituriyentlər və subbakalavrlar mayın 22-dən iyunun 5-dək “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

DİQQƏT: Hazırda qeydiyyatı davam edən Teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə abituriyentlərin/subbakalavrların qeydiyyatı mayın 30-u saat 23:59-da bitir.

Abituriyentlər/subbakalavrlar ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qəbul (buraxılış) imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə 60 və daha yuxarı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə 40 və daha yuxarı bal toplayan abituriyentlər Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçə bilərlər.

Abituriyentlərin nəzərinə: Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2023-cü ildə nəşr edilən xüsusi qabiliyyət imtahanlarının Bədən tərbiyəsi və idman istiqaməti və digər istiqamətlər (Təsviri sənət, memarlıq, musiqi sənəti, jurnalistika və islamşünaslıq) üzrə abituriyent jurnalının xüsusi buraxılışlarında verilir. Burada ali təhsilin bakalavriat və magistratura, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapır.

Paylaş:
412

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər