ATƏT PA prezidenti: “Dayanıqlı hədəflərə çatmaq üçün birgə əməkdaşlıq etməliyik”
“Biz yaşıl iqtisadiyata keçməklə bizdən sonrakı nəsillərin gələcəyini təmin etmiş oluruq”.
1news.az xəbər verir ki , bunu ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt bu gün Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda deyib.
“Dayanıqlı hədəflərimizə çatmaq üçün birgə əməkdaşlıq etməliyik. Biz mütərəqqi təcrübələrimizi paylaşmaqla daha təhlükəsiz yaşam üçün mübarizə aparmalıyıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir.