Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentini təbrik edib
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Misir ilə Azərbaycanı illər boyu davam edən möhkəm dostluq əlaqələri birləşdirir. Ümidvaram ki, birgə əməkdaşlıq və sıx koordinasiya sayəsində ikitərəfli münasibətlərimizin həm ölkələrimizin, həm də xalqlarımızın rifahı naminə ümumi maraq kəsb edən sahələrdə böyük irəliləyişinin şahidi olacağıq.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və davamlı tərəqqi, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".