Prezident Elmira Axundova ilə bağlı sərəncam imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Elmira Axundova ilə bağlı sərəncam imzaladı

16:30 - 25 / 05 / 2023
Prezident Elmira Axundova ilə bağlı sərəncam imzaladı

Azərbaycanın Ukraynadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

E.Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycanın Ukraynadakı səfiri olan E.Axundova iki gün öncə vəzifəsindən geri çağırılmışdı.

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər