Xanım sərnişinlərə qarşı qeyri-etik davranan bəzi “Uber” və “Bolt” sürücüləri saxlandı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xanım sərnişinlərə qarşı qeyri-etik davranan bəzi “Uber” və “Bolt” sürücüləri saxlandı - VİDEO

Qafar Ağayev12:47 - 25 / 05 / 2023
Xanım sərnişinlərə qarşı qeyri-etik davranan bəzi “Uber” və “Bolt” sürücüləri saxlandı - VİDEO

Paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən silsilə əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən 6 sürücü də saxlanılaraq məsuliyyətə cəlb edilib. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Paylaş:
479

Son xəbərlər

Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21Baş prokurorluq: Sülh, insanlıq əleyhinə cinayətlər törədən Davit Babayan və Lyova Mnatsakanyan məsuliyyətə cəlb edilib30 / 09 / 2023, 15:09Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib30 / 09 / 2023, 14:59Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək30 / 09 / 2023, 14:43
Bütün xəbərlər

Next TV