İraq Prezidenti və Bəhreyn baş naziri İlham Əliyevə məktub ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

İraq Prezidenti və Bəhreyn baş naziri İlham Əliyevə məktub ünvanlayıb

Qafar Ağayev17:52 - 06 / 06 / 2023
İraq Prezidenti və Bəhreyn baş naziri İlham Əliyevə məktub ünvanlayıb

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az-a xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Dost Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və uğurlar, dost xalqınıza davamlı tərəqqi və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında münasibətləri möhkəmləndirmək, birgə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumu vurğulayıram".

Bundan başqa, Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə cansağlığı və səadət, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul edin".

Paylaş:
253

Son xəbərlər

Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıbBu gün, 12:21Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibləri olduBu gün, 12:11İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıbBu gün, 12:05AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edibBu gün, 11:56Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13Ahıllar və kimsəsiz uşaqlar bir yerdə - FOTO - VİDEOBu gün, 11:11Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:07Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcəkBu gün, 10:58Nyu-York birjasında təbii qaz ucuzlaşıbBu gün, 10:42Vaqif Xaçatryanın barəsindəki istintaq başa çatıb, məhkəmə başlayırBu gün, 10:39“Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı”Bu gün, 10:32Kamaləddin Qafarov: “ Zəngilan forumu həm də mühüm siyasi hadisədir”Bu gün, 10:22Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölübBu gün, 10:21
Bütün xəbərlər

Next TV