Azadə Hüseynova: “Azərbaycanda qastronomiya ilə bağlı İpək yolu adlı marşrutu da hazırdır”
“Azərbaycanda unudulmaqda olan yeməklərlə marşrutlar hazırlanması istiqamətində işlər görülür”
1news.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
Hazırda işlər davam edir, yaxın zamanda işlər yekunlaşacaq:
"Əvvəlcə pilot olaraq 2-3 turun təşkili nəzərdə tutulur. Daha sonra bu marşrutlar biznes üçün açıq olacaq".
Sədr müavini həmçinin qeyd edib ki, qastronomiya ilə bağlı İpək yolu adlı marşrutu da hazırdır:
"Şamaxıda bu istiqamətdə tədbirin keçirilməsi nəzərdə tutulur. Burada dünyanın müxrəlif ölkələrindən, o cümlədən türk dövlətlərindən nümayəndələr iştirak edəcək".
408