Sürücülərin nəzərinə: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin nəzərinə: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qafar Ağayev09:43 - 07 / 06 / 2023
Sürücülərin nəzərinə: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qeyri-sabit hava səbəbindən magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

İyunun 7-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-700 m-dək məhdudlaşacağı ehtimal olunur.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 8-i səhərədək, rayonlarda isə ayın 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Quba-Qusar, Dağlıq-Şirvan zonalarında yağıntıların intensiv və güclü olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Paylaş:
307

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər