Latviya millisinin sabiq futbolçusu xərçəng xəstəliyindən vəfat edib | 1news.az | Xəbərlər
Futbol

Latviya millisinin sabiq futbolçusu xərçəng xəstəliyindən vəfat edib

13:10 - 07 / 06 / 2023
Latviya millisinin sabiq futbolçusu xərçəng xəstəliyindən vəfat edib

Latviya millisinin sabiq futbolçusu Gints Freymanis xərçəng xəstəliyindən dünyasını dəyişib.

1news.az yerli federasiyaya istinadən xəbər verir ki, keçmiş müdafiəçi 40 yaşında vəfat edib.

2021-ci ildə Freymanisə melanoma diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, ölkəsində bir neçə komandanın formasını geyinmiş oyunçu 2014 - 2018-ci illərdə yığmada çıxış edib və bir qola imza atıb.

Paylaş:
2502

Son xəbərlər

Ağcabədidə yol qəzası olub

01 / 04 / 2025, 16:09
Bütün xəbərlər