Messinin yeni klubundakı forma nömrəsi bəlli olub | 1news.az | Xəbərlər
İdman

Messinin yeni klubundakı forma nömrəsi bəlli olub

16:18 - 08 / 06 / 2023
Messinin yeni klubundakı forma nömrəsi bəlli olub

Fransa PSJ-sini ABŞ-ın "İnter Mayami" klubuna dəyişən Lionel Messi yeni komandasında 10 nömrəli formanı geyinəcək.

1news.az Report-a istinadən xəbər verir ki, argentinalı futbolçu yenidən sevimli nömrəsinə qovuşub.

Mayami təmsilçisində bu nömrə Qonsalo İquainin gedişindən sonra boş qalıb.

Qeyd edək ki, Lionel Messi İspaniya "Barselona"sında 10, PSJ-də isə 30 nömrəli formanı geyinib.

Paylaş:
1937

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər