Pirşağıda qamışlıq yanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirşağıda qamışlıq yanır

Qafar Ağayev13:58 - 09 / 06 / 2023
Pirşağıda qamışlıq yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər