“Məktəb illəri”nin müəllifləri və ifaçısı 25 il sonra birlikdə – Mahnının TARİXÇƏSİ - VİDEO
Hər il minlərlə şagird məktəbə “əlvida” deyərək həyatın qoynuna atılır və uşaqlıqdan bəri xəyalını qurduğu arzularının dalınca qaçır.
Beləliklə, uşaqlığımızı, saflığımızı, təmizliyimizi və uşaq sadəliyi ilə qurduğumuz xəyallarımızı məktəbin divarları arasında qoyaraq bələd olmadığımız yeni-yeni aləmlərə qanad açırıq. Bəzilərimizin həyatı uğurlu olur, bəzilərimiz isə məşəqqətlərlə dolu bir ömür yolu keçirik. Yaşımızın neçə olmasından asılı olmayaraq, uşaqlıq və məktəb illərimizi xatırlayanda həsrət bizi dalamağa başlayır. Belə zamanlarda köməyimizə çatan mənəvi istinad nöqtəmiz bizi o xatirələrin ağuşuna çəkən mahnılar olur. Bu cür mahnılardan biri də “Məktəb illəri”dir.
Hər dinləməmizdə sükuta bürünərək müdrik bir görkəm almağımıza və xatirələrimizin ağ-qara kino lenti kimi gözümüzün önündən keçməsinə səbəb olan bu sehrli mahnının kədərli bir yaranma hekayəsi olduğunu bilirdinizmi?
1news.az mahnının müəllifləri olan şairə, pedaqoq Kəmalə Abiyeva, Azərbaycan Respublikasının Xalq artisti Aygün Səmədzadə və ifaçısı Azərbaycan Respublikasının Əməkdar Artisti Lalə Məmmədovanı illər sonra bir araya gətirib.
1news.az “Məktəb illəri” mahnısının tarixçəsi ilə bağlı reportajı təqdim edir:
FOTO - VİDEO: Nadir İbrahimli