İsmayıllıda zubrların sayı 45-ə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda zubrların sayı 45-ə çatıb

Qafar Ağayev11:30 - 21 / 06 / 2023
İsmayıllıda zubrların sayı 45-ə çatıb

Şahdağ Milli Parkının İsmayıllı bölməsində son 2 həftə ərzində 4 zubr balası doğulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva 1news.az-a deyib ki, 2010-cu ildən etibarən ölkədə bir sıra həssas, sayı azalmaqda olan növlərin reintroduksiyası layihələrinə başlanılıb.

"2019-cu ildən etibarən Şahdağ Milli Parkının İsmayıllı bölməsinə Fransa, Belçika və Almaniyadan 36 baş Avropa zubru gətirilib. Zubrlar bir müddət qapalı volyer şəraitində saxlanıldıqdan sonra vəhşi təbiətə buraxılıb. Hazırda zubrların sayında artım müşahidə olunaraq ümumi sayı 45 başa çatıb".

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər