Avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşan sürücü son bir ildə 7-ci dəfə cəzalandırılıb - FOTO
Şəkidə avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşım edən sürücü son bir ildə 7-ci dəfə cəzalandırılıb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan, avtomobildə konstruksiya dəyişikliyinə yol verən və bu kimi əməllərini sosial şəbəkələrdə paylaşan sürücü müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
194