Abşeronda, Masallıda və Cəlilabadda qanunsuz tikintilərin qarşısı alınıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda, Masallıda və Cəlilabadda qanunsuz tikintilərin qarşısı alınıb - VİDEO

Qafar Ağayev11:09 - 05 / 07 / 2023
Abşeronda, Masallıda və Cəlilabadda qanunsuz tikintilərin qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən 1news.az-a verilən məlumata görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Masallı rayonunun Qızılavar kəndində və Cəlilabad şəhərində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.

Paylaş:
235

Son xəbərlər

Bütün xəbərlər