Lavrovdan sərt cavab: “Rusiya bunu nüvə təhlükəsi kimi qiymətləndirəcək” | 1news.az | Xəbərlər
Dünya

Lavrovdan sərt cavab: “Rusiya bunu nüvə təhlükəsi kimi qiymətləndirəcək”

Ayşən İsmayılova16:17 - 13 / 07 / 2023
Lavrovdan sərt cavab: “Rusiya bunu nüvə təhlükəsi kimi qiymətləndirəcək”

Tarixi NATO sammitinin əks-sədaları davam etdiyi bir vaxtda Rusiyadan sərt reaksiya gəldi.

Ukraynaya F-16 döyüş təyyarələrinin tədarükü məsələsini dəyərləndirən Rusiyanın xarici işlər naziri Lavrov bunun nüvə təhlükəsi sayılacağını açıqlayıb.

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir. Ötən ilin fevralında Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə Ukraynanın şərq vilayətlərində aramsız şəkildə davam edir.

1news.az "Hürriyet"ə istinadən xəbər verir ki, bir müddətdir Ukrayna ordusunun hücumuna qarşı müdafiə mövqeyi tutan Rusiyadan yeni bir açıqlama gəlib.

NATO ölkələrinin Ukraynaya F-16 təlimi vəd etməsinə və baş katib Stoltenberqin F-16-ların Ukraynaya göndərilə biləcəyi barədə açıqlamasına Rusiyanın cavabı sərt oldu.

Lavrov Qərbin Kiyevə ABŞ-ın dizayn etdiyi döyüş təyyarələri vermə planlarının “son dərəcədə təhlükəli bir xəbər” olduğunu bildirib.

Rusiyalı nazir Moskvanın Ukraynadakı F-16-ları nüvə təhlükəsi hesab edəcəyini vurğulayaraq Qərbə hədə-qorxu gəlib.

Lavrov əlavə edib ki, o, ABŞ tərəfindən hazırlanmış F-16 döyüş təyyarələrinin nüvə imkanlarına göz yuma bilməz.

Paylaş:
1027

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər