Fransa köhnə geyimləri təmir etməyi planlaşdırır
Fransa geyim sektorunda sürətli istehlakı azaltmaq üçün yeni paket təqdim etməyə hazırlaşır.
1news.az xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən paketə görə paltarların yenisini almaq əvəzinə köhnəsini “təmir etdirən” modasevər fransızlara mükafat da veriləcək.
Oktyabr ayında tətbiq olunacaq təşviq paketində 6 avro ilə 25 avro arasında geri qaytarılacaq.
Fransanın Ekologiya naziri Beranqere Couillard bildirib ki, ölkədə hər il 700 min ton geyim əşyası atılır.
Nazir dərziləri və pinəçiləri sistemdə qeydiyyatdan keçməyə çağırıb.
541