Rusiya XİN Paşinyana cavab verdi
“Rusiya regionda dayanıqlı sülhə nail olmaq üçün əlindən gələni edir və bu, tam olaraq Cənubi Qafqaza da aiddir”.
1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirərkən deyib.
“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin irəli aparılmasında maraqlı olaraq qalır. Bundan əlavə, xüsusi hərbi əməliyyat səbəbindən Moskva üçün xarici siyasətin hansısa istiqamətlərinin prioritetinin azalması barədə açıqlamalar faktiki əsasa sahib deyil”, - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, son aylar Rusiyanın iştirakı ilə yüksəksəviyyəli bir sıra təmaslar keçirildiyi halda, ölkənin fəallığının enməsi barədə necə söhbət gedə bilər.
Qeyd edək ki, N.Paşinyan iyulun 25-i mətbuat konfransı zamanı bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsində Rusiyanın danışıqlardakı fəallığı azalıb.