Politoloq: “Bu, Azərbaycanın ən yeni tarixində ən güclü diplomatik qələbəsidir” | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: “Bu, Azərbaycanın ən yeni tarixində ən güclü diplomatik qələbəsidir”

Aynurə Xudaverdiyeva16:13 - 17 / 08 / 2023
Politoloq: “Bu, Azərbaycanın ən yeni tarixində ən güclü diplomatik qələbəsidir”

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun “bağlanmasından” sonra yaranan “humanitar böhranı” müzakirə etmək üçün təcili iclas çağırıb.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb.

Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib.

Məsələ ilə bağlı 1news.az-a danışan Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva bildirib ki, Ermənistan tərəfi 44 günlük Vətən Müharibəsindən sonra məğlubiyyətin acısını beynəlxalq təşkilatlarda Azərbaycana qarşı beynəlxalq təyziqlər təşkil etməklə çıxmağa çalışır.

"Son 10 ay ərzində Laçın yolu ilə bağlı beynəlxalq dezinformasiya kampaniyalarının Azərbaycana təsir etmədiyini gördükdən sonra bunu BMT TŞ müzakirəyə çıxarmaqla nail olmağa çalışıb. Bu, Azərbaycanın ən yeni tarixində ən güclü diplomatik qələbəsidir. Ermənistanın BMT Təhlükəsizlik Şurasında təşəbbüs qaldırdığı bu müzakirəsi aylardır davam edən emosional şantaj elementli manipulyasiya kampaniyalarının müşayəti baş tutsa da Azərbaycanın media diplomatiyası, diplomatik və digər rıçaqları ilə növbəti dəfə uğursuzluğa düçar oldu".

"Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat da yaydı" - deyə, politoloq əlavə edib:

"Sözügedən BMT-nin Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyəti müzakirə edən iclası ilə bağlı bəyanatda Ermənistanın yalanları hüquqi əsas kimi təqdim etmək cəhdləri ifşa olundu , emosional şantaj elementlərinin reallığla heç bir əlaqəsi olmadığı sübut olundu. Ermənistan və ümumerməni lobbisinin 10 aya yaxındır müxtəlif sahələrdə: beynəlxalq insan haqqları təşkilatları, beynəlxalq siyasi təşkialtlar, beynəlxalq məhkəmələr və s. insansiyalarda təşkil etdiyi aktivlərin təsir etmədiyinə əmin olduqdan sonra bu cür addım atdı. Buna görə də BMT Təhlükəsizlik Şurası Azərbaycan vətəndaşı olan etnik ermənilərin yaşadığı Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun “bağlanmasından” sonra yaranmış “humanitar böhranı” müzakirə etmək üçün təcili iclas çağırdı. Lakin təcili iclas zamanı məlum oldu ki, Ermənistan tərəfi beynəlxalq ictimayyətin diqqətini manipulasiya etmək üçün fake məlumatlarlar, dezinformasiyalar yaymağa çalışır".

Y.Hacıyeva bildirib ki, sözügedən müzakirə zamanı ölkəmizə qarşı aqressiv reallığı əks etdirməyən ritorikadan istifadə edən ölkələr oldu.

"Məsələn Fransadan nümayəndə olaraq iştirak edən diplomat çıxışından əvvəl Azərbaycan tərəfini salamlamadı. Sadəcə Ermənistan tərəfini salamlayaraq çıxışa başladı. Bu diplomatiyada yanlış və qəbuledilməz addımdır. Fransız diplomatın bu davranışı ölkəsinin Azərbaycana qarşı qərəzli mövqeyinin bir daha sübutu idi. Rəsmi Ermənistan təbliğatının elementlərini təkrarlayan Fransa, Laçın dəhlizi ilə hər iki istiqamətdə nəqliyyatın qeyd-şərtsiz bərpasına çağırışı özü də qərəzli idi, çünki yol humanitar imkanlar üçün açıqdır. Britaniya təmsilçisi həmçinin, Ermənistanla Azərbaycan arasında danışıqları alqışladığını da bildirdi".

"Onu da qeyd edim ki, Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev Ermənistanın dırnaqarası soyqırım iddialarını qətiyyətlə rədd edib" - deyə, o, əlavə edib:

"Ermənistanın işğalçı, siyasi riyakarlıqla məşğul dövlət olduğunu da vurğulayan diplomat bu dezinformasiya kampaniyasını Azərbaycanın ərazi bütövlüyü və süvernliyinə qarşı məsuliyyətsiz bir addım adlandırdı. Azərbaycan Qırmızı Xaç Komitəsi vasitəsilə Qarabağdakı erməniləri bütün zəruri məhsullarla təmin etməyi təklif etsə də erməni tərəfi bundan imtina edib. Qeyd edim ki, Qarabağdakı ermənilər Azərbaycan sakinləridir və Azərbaycan hökuməti onların lazımı yaşayış standartlarını təmin etmə prinsipinə sadiqdir. Laçın dəhlizi adlandırılan yol Azərbaycanın suveren ərazisindədir və heç bir ekstraterritorial statusa malik deyil”.

Paylaş:
551

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər