Birinci sinfə qəbulla bağlı sənəd verənlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci sinfə qəbulla bağlı sənəd verənlərin sayı açıqlanıb

Qafar Ağayev14:56 - 17 / 08 / 2023
Birinci sinfə qəbulla bağlı sənəd verənlərin sayı açıqlanıb

2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır.

115 840 nəfər Azərbaycan bölməsi, 11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.

Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər