Şahmatçımız Nicat Abasov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək | 1news.az | Xəbərlər
İdman

Şahmatçımız Nicat Abasov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək

12:24 - 19 / 08 / 2023
Şahmatçımız Nicat Abasov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.

1news.az Trend-ə istinadən xəbər verir ki, 28 yaşlı şahmatçımız Beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.

Şahmatçımız qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.

Paylaş:
1186

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər