Şamaxıda üzüm bağını dolu vurdu - Aqrar Sığorta Fondu zərəri hesablayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda üzüm bağını dolu vurdu - Aqrar Sığorta Fondu zərəri hesablayır

Qafar Ağayev14:26 - 21 / 08 / 2023
Şamaxıda üzüm bağını dolu vurdu - Aqrar Sığorta Fondu zərəri hesablayır

Azərbaycanda qeyri-sabit hava şəraiti kənd təsərrüfatı və əkinlərə ciddi zərər vurmaqdadır. Sığortalı təsərrüfatlara dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır.

1news.az-a Aqrar Sığorta Fondundan bildirilib ki, may ayında baş verən dolu yağması nəticəsində daha bir təsərrüfata zərər dəyib. Şamaxıda yerləşən böyük üzüm sahəsini dolu vurub. Dolu yetişməkdə olan meyvələrin bir hissəsini məhv edib, eləcə də əkinləri zədələyib.

Dolu nəticəsində zərər çəkən üzüm bağı Aqrar Sığorta Fondu tərəfindən sığortalıdır. Hadisə barədə Aqrar Sığorta Fonduna məlumat verilib, Fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri sahəyə gələrək hadisə ilə bağlı ilkin araşdırma və dəyən zərərin məbləğinin hesablanmasını həyata keçiriblər.

İyul ayında isə Aqrar Sığorta Fondunun mütəxəssisləri və müstəqil aqrar sığorta eksperləri sahəyə gələrək yekun ekspertiza keçiriblər.

Araşdırma prosesinə yerli və Türkiyədən gələn ekspetlər cəlb olunub. Zərərin məbləği dəqiqləşəndən sonra təsərrüfata dəyən zərərin ödənilməsinə başlanılacaq.

Qeyd edək ki, sözügedən təsərrüfat bundan əvvəl də - 2018-ci ildə dolunun təsirinə məruz qalıb və böyük zərərlə üzləşib. Bunu nəzərə alaraq ölkədə aqrar sığortanın tətbiqindən sonra təsərrüfat mütəmadi olaraq sığortalanıb.

Dolu yağması Azərbaycanda əkin sahələrinin ən çox zərər gördüyü risklərdəndir. 2023-cü ilin ilk 6 ayında Aqrar Sığorta Fonduna əkin sahələrinə dəyən zərərlərlə bağlı 7 min müraciət daxil olub. Bundan 1400 müraciət və ya hər 5 müraciətdən 1-i dolu hadisəsi ilə bağlıdır. Ümumilikdə son 3 ayda qeyri-sabit hava şəraiti ilə bağlı Fonda müraciətlərin sayı 1000-i keçib. Həmin təsərrüfatlara dəyən zərər qiymətləndirilir və bu proses başa çatdıqdan sonra kompensasiya ödənişlərinə başlanılacaq.

Baş verənlər ölkəmizdə 2020-ci ildən tətbiq edilən aqrar sığortanın əhəmiyyətini bir daha sübut edib.

Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Bura təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.

Aqrar sığorta güzəştli şərtlərlə təqdim edilir - fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Paylaş:
225

Son xəbərlər

“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19
Bütün xəbərlər