Siyəzəndə və Samuxda yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə və Samuxda yanğın olub

Qafar Ağayev15:08 - 21 / 08 / 2023
Siyəzəndə və Samuxda yanğın olub

Siyəzən rayonunun Siyəzən kəndində həyətyanı sahədə fəaliyyət göstərməyən ümumi sahəsi 800 m² olan sexin yanar konstruksiyaları 600 m² sahədə yanıb.

FHN-dən 1news.az-a verilən məlumata görə, sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux şəhərində isə ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları 45 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
293

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər